
Dövlət qurumlarına əlavə 20 min proqram təminatı lisenziyaları veriləcək
Dövlət qurumlarında istifadədə olan kompüterlərin lisenziyalaşdırma layihəsinin ikinci mərhələsinə 2021-ci ilin ortalarına start veriləcəyi gözlənilir.
Bu barədə ONA-ya “Microsoft Azərbaycan” şirkətinin rəhbəri Sərxan Həşimov deyib. Onun sözlərinə görə, həmin vaxtadək birinci mərhələnin tam bitəcəyi gözlənilir ki, bu müddət ərzində dövlət tərəfindən öncə əldə olunan lisenziyalar tam olaraq istifadəyə veriləcək.
“Birinci mərhələ bitdikdən sonra ikinci mərhələyə başlanacaq ki, bu da təxminən 2,5 ildən sonra baş tuta bilər”, - deyə S. Həşimov bildirib.
Qeyd edək ki, 1-ci mərhələdə dövlət qurumlarının icra aparatlarında istifadə olunmaq üçün şirkət tərəfindən 10 min lisenziya təqdim olunub. Ötən ilin iyul ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Microsoft” şirkəti arasında əldə olunan razılığa əsasən, dövlət qurumlarına əlavə olaraq 20 min lisenziya, təhsil müəssisələrinə isə akademik güzəştlə 10 min lisenziya verilməsi nəzərdə tutulub.
Layihənin operatoru qismində nazirliyin nəzdində fəaliyyət göstərən “Azintelecom” MMC çıxış edəcək.
Oxşar yazılar

"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08