497
15:03
07 Mart 2019

Prezident iki hərbçiyə general-mayor ali hərbi rütbəsi verib

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Lent.az AZƏRTACA-a istinadən sərəncamı təqdim edir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraqqərara alıram:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının aşağıdakı hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilsin:

polkovnik Muradov İnqilab Heydər oğlu

polkovnik Niftaliyev Səlim Cəfər oğlu.