875
18:20
05 Mart 2019

Elza Nazpərini BİABIR ELƏDİ: "Qışqırıb ağlayan..."

Əməkdar artist Elza Seyidcahanla xalq artisti Nazpəri Dostəliyeva arasındakı qalmaqal səngimək bilmir.

Lent.az -ın məlumatına görə, E.Seyidcahan “Azərbaycanın səsi” yarışmasında münsif olan həmkarının adını çəkmədən sosial şəbəkədə status yazıb: “Düz 5 ildir ən gözəl anlarımı, gunlərimi, yayın istisində, qışın soyuğunda istirahətlərimi "Azərbaycanın səsi " yarışmasına qurban verdim. Halal xoşları. Özümə hər zaman borc bilirəm. Gözəl tələbələrimi, istedadlı ifaçıları yetişdirdik. Layihə rəhbəri Kenan Çelik, başda ATV kanalının rəhbərləri sağ olsunlar. Mənim bu necə ildə qalib münsif olmağımı daşıya bilməyənlər də var. Çünki həm tələbələrim qalib oldu, həm də "Turkvizyon"a mahnıları bəstələməyi mənə həvalə etdilər. Bir sözlə, "Taclı Münsif”əm. Haqsızlıqlar məni sındıra bilmədi.

Bu gün isə murdar ifaçının mənə atdığı şərəfsizcəsinə, cəfəngiyat dolu şər-böhtanları məni göyün 7-ci qatına qaldırsa da, saxta sifətinə qaytardığım düz cavablarım onu yerin 7-ci qatına salır. Mənə heç maraqlı deyil ki, kimdir, kim olub? Hec kəsin şəxsi həyatına girmərəm. Bəzən mənə məcburən həqiqətləri dedizdirirlər.

Meşşan kimi geyinir, özünü brend kimi təqdim edir.... Özünü brend təqdim etmək istəyirsənsə, 4 il evdə oturmuşdun, qəşəngcənə... Yumruqlarını divara döyüb, qışqırıb ağlayanda, heç olmasa bir-iki not öyrənərdin, kitab oxuyub boş başını zənginləşdirərdin. Tələbələrin, özünün oxuduğun mahnıların bəstəkarlarını, şairlərini doğru-dürüst bilib, dünya musiqilərindən bir azca xəbərdar olardın .Sonra da, özünə əmin danışardın ki, bugünkü gündə də savadsızlığın ucbatından qorxub üstümə hürməzdin.

Mənim qoyduğum yolu görmürsənsə, demək, gözündə tor var. Qoyduğum yol sənsən. Güclə özünü gəlib otuzdurmusan yanımda. Savadımla səni yerində oturduram, yerindən durğuzuram, aparıram, gətirirəm.

Müğənnilərdən və musiqiçilərdən mikrofonu alan, həmişə onların toylarını buran, yollarını kəsən, zəhmətlərini itirən, haqlarını yeyən sən olmusan. Mən toylara niyə getməyim?”