<b>Cənub Qaz Dəhlizinə ilk qaz vuruldu</b>
29 may 2018 10:53 (UTC +04:00)

Cənub Qaz Dəhlizinə ilk qaz vuruldu

Cənub Qaz Dəhlizinə ilk qazın vurulmasına başlanıb.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev kəmərə ilk qazın vurulmasını bildirən açarı işə salıb.

Bununla da, Cənub Qaz Dəhlizində Trans Anadolu Boru Kəmərinə (TANAP) qaz vurulmasına başlanıb.

İyunun 12-də Əskişəhərdə TANAP-ın istifadəyə verilməsi ilə bağlı Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə rəsmi tədbir keçiriləcək.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi Cənubi Qafqaz qaz boru kəmərini (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi, həmçinin Türkiyədə Trans Anadolu Boru Kəməri (TANAP) və Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisi üzrə layihədir. Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq.

# 464
avatar

APA Baycan

Oxşar yazılar