95
13:39
18 May 2018

Sibel Can qızına yarım milyonluq maşın aldı - FOTO

Türkiyənin məşhur müğənnisi Sibel Can qızı Melissaya bahalı maşın alıb. Lent.az -ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, ifaçı qızına yarım milyon lirə dəyərində “Mercedes GLC” markalı maşını hədiyyə edib.

Məşhurun qızı yeni avtomobili ilə İstanbul ərazisində görüntülənib. Melisa media əhlini görən kimi “Xahiş edirəm, məni çəkməyin. Belə şeylərdən xoşum gəlmir” sözlərini deyib.