120
15:32
10 May 2018

Azərbaycanlı müğənni avtomobil qəzasına düşdü - VİDEO

Müğənni Bahar Lətifqızının başına iş gəlib. Lent.az -ın məlumatına görə, ifaçı avtomobil qəzası keçirib. Müğənni bildirib ki, Şəkidən konsertdən gələn zaman “Ford” markalı avtomobilinə “Kamaz” çırpılıb.

Bahar qəzadan sonra video çəkərək sosial şəbəkə paylaşıb: “Dostlar, qorxmayın, yaxşı ki “Kamaz”ın altında qalıb ölmədik. Allah istəmədi övladlarımız anasız qalsın. Amma çox qorxmuşam”.