130
16:56
09 May 2018

Zamiq bu müğənnilərlə efirə çıxmaq istəmir - AÇIQLAMA

Müğənni Zamiq Hüseynov verilişlərdə həmkarları ilə birlikdə görünmək istəmir.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Xəzər maqazin"ə açıqlamasında deyib.

O bildirib ki, bayağı mahnılar səsləndirən müğənnilərlə heç vaxt bir araya gəlməyəcək:

"Verilişə gedəndə soruşuram başqa müğənni var? Olanda, deyirəm onlar oxusun, incimirəm. Bayağı musiqilər həddən artıq çoxdur. İstəmirəm mən oxuyandan sonra bayağı mahnı səsləndirilsin. Heç kimin xətrinə dəyməsin, dəysə də mənlik deyil. Düzünü dedim, ürəyimdə olan budur. İstəmirəm mən oxuyanda tamaşaçı desin ki, bu da o biri kimidir. İstəyirəm ki, özüm də bunun fərqini göstərim. Proqrama Röya Ayxan, Brilliant Dadaşova ilə qatılmaq istəyərəm".