Türkiyəli müğənni Tuğba Özerk Belekdəki bir oteldə keçirilən 23-cü Milli Cərrahiyyə Konqresində təxminən 3 min həkim üçün mahnılarını səsləndirib.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, o konsertdən dərhal sonra pişiyi Patronu görməyə qaçıb.
Baytar həkimlə tez-tez telefonla danışan müğənni İstanbul hava limanından birbaşa pişiyi əmanət etdiyi baytar həkimin yanına yola düşüb.