Mourinyo Çempionlar Liqasında  qələbələrin sayına görə   Vengeri keçdi
22 oktyabr 2026 15:28 (UTC +04:00)

Mourinyo Çempionlar Liqasında qələbələrin sayına görə Vengeri keçdi

0

"Real" ın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasında qələbələrin sayına görə Arsen Vengeri geridə qoyub.

Lent.az-ın xəbərinə görə, oktyabrın 21-də Madrid klubu ümumi turnirin üçüncü oyun günündə evdə "Leypsiq"i 4-1 hesabı ilə məğlub edib.

Bu, 63 yaşlı portuqaliyalı məşqçinin Çempionlar Liqasında 87-ci qələbəsi olub. 1996-cı ildən 2018-ci ilə qədər "Arsenal"ı çalışdıran Venger bu yarışda 86 dəfə qalib gəlib.

Mourinyo bir həftə əvvəl "Real" səfərdə "Roma"nı 4-3 hesabı ilə məğlub edərkən Vengerin rekorduna çatıb. Yalnız Karlo Ançelotti (124), Pep Qvardiola (117) və Aleks Ferqyuson (102) Çempionlar Liqasında daha çox qələbə qazanıb.

"Real" Çempionlar Liqasının üç oyununda üçüncü qələbəsini qazanıb və ümumi turnir cədvəlinə PSJ, “Aston Villa”, “Liverpul” və “Betis” ilə birlikdə liderlik edir. Noyabrın 4-də Kral klubu" Yunanıstanın AEK Afina komandası ilə səfərdə oynayacaq.

Oktyabrın 25-də isə "Real" İspaniya liqasında "Barselona" ilə səfərdə oynayacaq. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar