Ermənistan həmin çobanı Azərbaycana qaytarır
22 oktyabr 2026 09:56 (UTC +04:00)

Ermənistan həmin çobanı Azərbaycana qaytarır

0

Ermənistanın Milli Təhlükəsizlik Xidməti oktyabrın 19-da Azərbaycan vətəndaşının ölkə ərazisinə keçdiyini təsdiqləyib.

Lent.az xəbər verir ki, bu barədə Ermənistan MTX məlumat yayıb.

Bildirilib ki, 2026-cı il oktyabrın 19-da saat 17:50-də Ermənistanın Tavuş vilayətində Azərbaycan vətəndaşı, 58 yaşlı Tovuz rayonunun Çatax kənd sakini Yaşar Əli oğlu Qasımov aşkarlanıb.

Aparılan yoxlama tədbirləri nəticəsində Azərbaycan vətəndaşının yolu azdığı üçün Ermənistan ərazisinə keçdiyi müəyyən edilib.

MTX-dan bildirilib ki, Azərbaycan Respublikası vətəndaşının geri qaytarılması məqsədilə müvafiq tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 428

Oxşar yazılar