Gözəllik kraliçası olan hüquqşünasın meyiti tapıldı
22 oktyabr 2026 13:32 (UTC +04:00)

Gözəllik kraliçası olan hüquqşünasın meyiti tapıldı

0

Meksikada Tlaskala ştatının keçmiş gözəllik kraliçası Karina Sançesin ölümü ilə bağlı araşdırma aparılır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, 28 yaşlı qadının meyiti Armando adlı tanışının evində aşkarlanıb.

Məlumata görə, Sançes ölümündən əvvəl 34 yaşlı kişi ilə birlikdə spirtli içki qəbul edib. Özünü pis hiss etdiyindən onun evində qalmağa qərar verib. Bir müddət sonra qadının ürəyi bulanıb və o, yuxuya gedib.

Armandonun sözlərinə görə, daha sonra Karinanı oyatmağa çalışsa da, qadın heç bir reaksiya verməyib. O, həmçinin Sançesin ağzında qusuntu qalıqları gördüyünü bildirib.

İlkin ehtimallara əsasən, ölümə mədə möhtəviyyatının tənəffüs yollarına düşməsi səbəb olub. Lakin Karinanın yaxınları yarılma nəticələrinin bu ehtimalı təsdiqləmədiyini bildiriblər. Ailə üzvləri qadının qətlə yetirilmiş ola biləcəyindən şübhələnirlər.

Meyit aşkarlandıqdan sonra Armando saxlanılıb. Onun evində aparılan axtarış zamanı narkotik vasitələr, odlu silah və patronlar tapılıb. Lakin vəkilinin müdaxiləsindən sonra kişi sərbəst buraxılıb.

Armando Karinanı on ildən çoxdur tanıdığını və təxminən iki il onunla romantik münasibətdə olduğunu iddia edib. Qadının yaxınları isə bu məlumatı təkzib edərək onların yalnız iş münasibətlərinin olduğunu bildiriblər.

Prokurorluq ölümün mümkün səbəblərini araşdırır. Qadının gender zəminində qətlə yetirilməsi ehtimalı da yoxlanılır.

Qeyd edək ki, Karina Sançes hüquqşünas kimi çalışıb. O, 2019-cu ildə keçirilən gözəllik müsabiqəsində qalib gələrək Tlaskala ştatının gözəllik kraliçası titulunu qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 296

Oxşar yazılar