TikTok sosial şəbəkəsində bir-birlərinə çox bənzəmələri ilə diqqət çəkən iki azərbaycanlının söhbəti trend olub.
Lent.az-ın xəbərinə görə, biri Zərdab, digəri Ağcabədi rayonundan olan Məhəbbət və Ədalət adlı bu iki nəfər sosial şəbəkədə təsadüfən tanış olublar və oxşarlıqlarına özləri də mat qalıblar.
Sosial şəbəkə izləyiciləri onların əkiz qədər bir-birlərinə bənzədiklərini, uşaqkən doğum evində dəyişdirildiklərini iddia ediblər.