34
12:17
07 May 2018

“Heydər Əliyev azərbaycançılıq ideologiyasına yeni məzmun verdi” – Şura sədri

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan “Heydər Əliyev və Azərbaycanın inkişaf konsepsiyası” mövzusunda elmi-praktik konfrans keçirilib.

Şura sədri, deputatAzay Quliyevbildirib ki, Azərbaycan xalqının görkəmli oğlu, ümummilli liderimizHeydər Əliyevin həyat və fəaliyyəti hər bir soydaşımız üçün əzmkarlıq, mübarizə və qalibiyyət nümunəsidir. Ulu Öndər 1993-cü ilin iyununda Azərbaycanı böyük bir fəlakətdən xilas etdi, ölkəmizin dünyada layiqli yerini tutması üçün uzun illər çalışdı, müstəqil Azərbaycanın memarı və qurucusu kimi ulu tarixin səhifələrinə öz adını qızıl hərflərlə yazdı.Heydər ƏliyevAzərbaycan dövlətinin milli ideyasını konkret ideoloji konseptdə – azərbaycançılıqda ifadə etdi. Azərbaycançılıq ideologiyasına müasir dövlət quruculuğu tələblərinə uyğun yeni məzmun verdi.

Azay Quliyevdeyib ki,Heydər Əliyevmükəmməl dövlət quruculuğu konsepsiyasını işləyib reallaşdıra bilən nadir və xoşbəxt tarixi şəxsiyyətlərdəndir: “Heydər ƏliyevAzərbaycanın yeni Konstitusiyasını yaratmaqla sivil, demokratik, çoxpartiyalı dövlət sisteminin formalaşdırılmasına və ölkədə vətəndaş cəmiyyətinin inkişafına misilsiz töhfələr verdi və Azərbaycanın nüfuzlu beynəlxalq qurumlar və dünyanın aparcı ölkələri ilə əməkdaşlıq imkanlarını genişləndirdi”.

Şura sədri vurğulayıb ki, ümummilli liderimizHeydər Əliyevbaşladığı böyük dövlət quruculuğunuİlham Əliyevkimi bacarıqlı, müdrik və Azərbaycanın müstəqil dövlətçilik ideallarına sadiq bir şəxsiyyətə etibar etməklə ərazi bütövlüyümüz uğrunda mübarizənin, inkişafın, çiçəklənmənin və firavanlığın davamına tam zəmanət verdi.

Konfransda çıxış edən Azərbaycan RespublikasıPrezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Azərbaycan RespublikasıPrezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiriƏli Həsənovulu öndərHeydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı mühüm xidmətlərindən danışıb. O bildirib ki,Heydər Əliyev15 ildir ki aramızda olmasa da, millətini, xalqını sevən, sağlam ruhlu hər bir azərbaycanlının qəlbində yaşayır. Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərinin ön sırasında onun 1993-cü ildə dövlətimizin xilas edilməsi missiyası durur: “Hər il qeyd etdiyimiz 15 iyun - Milli Qurtuluş Günü onun xilaskarlıq missiyasının başlanğıcıdır.Heydər ƏliyevAzərbaycan dövlətini məhv olmaqdan xilas etdi. Xalqımız bu xidməti hər zaman yüksək qiymətləndirir.

Azərbaycan dövlətinin xilaskarlıq missiyası məhzHeydər Əliyevin adına yazılıb. Ümummilli Lider 1993-cü ildə azərbaycanlıların birləşdirilməsinə nail olmasaydı, dövlətimizin gələcəyindən danışmaq mümkün olmazdı. Hazırda Azərbaycanda milli birliyə əsaslanan sabitlik var. Ümummilli Liderimiz hələ Naxçıvanda olarkən ziyalılara çağırış edirdi. O qeyd edirdi ki, xalq birləşməlidir.Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərindən biri də xalqımızın birliyinə nail olmasıdır. Onun hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələrdə inkişaf başladı. Azərbaycanda bazar iqtisadiyyatının inkişafıHeydər Əliyevin adı ilə bağlıdır.Heydər Əliyevhəmişə deyirdi ki, iqtisadiyyatın təməli sağlam qoyulmalıdır, hər bir vətəndaş özünü orada görməlidir. Bu gün Ulu Öndərimizin siyasi kursunuPrezidentİlham Əliyevmüvəffəqiyyətlə davam etdirir. Hazırda Azərbaycan regionun aparıcı dövlətidir. Azərbaycan böyük inkişaf dövrünü yaşayır”.

Konfransda Şuranın sifarişi ilə hazırlanmış ümummilli liderHeydər Əliyevə həsr olunan “Alilikdə sadəlik” adlı qısametrajlı sənədli filmin təqdimatı keçirilib. Azərbaycan RespublikasınınPrezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Heydər Əliyevvə Azərbaycanının inkişaf konsepsiyası: proses və nəticə” mövzusunda geniş məruzə ilə çıxış edib.

Toplantıda QHT rəhbərləri Məhərrəm Zülfüqarlı, Tamam Cəfərova və Mirhəsən Seyidov çıxış edərək Ulu öndərHeydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafında göstərdiyi xidmətlərindən danışıblar.

Sonra ümummilli liderHeydər Əliyevin 95 illik yubileyi münasibətilə Şuranın sifarişi ilə hazırlanmış sözləri və musiqisi İlahə İsrafilovaya məxsus "Sən dahisən" kompozisiyanın "Avanqard" Kamera orkestrinin, Azərbaycan Milli Konservatoriyasının Xor kollektivinin və müğənnilər - Azərbaycan Respublikasının Xalq artisti Heydər Anatollu, İlahə Qismət və Orxan Cəlilovun ifasında təqdimatı olub.