“Mənə deyirlər ki, sən danışma, ancaq oxu”. Lent.az-ın məlumatına görə, bu sözləri “APA TV”-nin “Show time” verilişində qonaq olan əməkdar artist Elnarə Abdullayeva deyib. O bildirib ki, bir çoxları onun danışıq qabiliyyətini bəyənmir: “Mən kənddən gəlmişəm, orada gördüyüm kimi danışıram. Şəhərdə böyüməmişəm axı. Bu gün “Gələcəm” , “Gedəcəm” deyə bilmərəm. Elə desəm, kənddən məni tanıyanlar deyəcəklər ki, bu qız dəli olub. Bu nə danışıqdı?! Mən bu cür danışığa pis baxmıram. Sadəcə, mən kəndə mal-heyvan yanında böyümüşəm, bununla da fəxr edirəm. Mən pis danışıram ki? Mən danışanda kimsə pis yola düşür? Daha danışığımı dəyişən deyiləm. Dəyişsəm, zülm çəkərəm”.