"4 ildi yaşayırdım, bir nəfər gəldi ki, bu evi mən almışam" - <span style="color:red;">FİLM GERÇƏK OLDU
21 oktyabr 2016 12:37 (UTC +04:00)

"4 ildi yaşayırdım, bir nəfər gəldi ki, bu evi mən almışam" - FİLM GERÇƏK OLDU

 

Prosesdə Sahib Cahangirlinin məhkəməyə verdiyi ifadə ilə ibtidai istintaqa verdiyi ifadə arasında ziddiyyət olub.

 

İstintaq materiallarımda bəlli olub ki, Sahib Cahangirli Bakı şəhər sakini Bəşirov Ziyəddinə evini almaq üçün 120 min manat versə də, sənədləşmədə bunu 5 min manat kimi qeyd edib.

 

Digər bütün sakinlərdən də evlər bu yolla alınıb.

 

İlham Qasımov isə yerindən "hər şeyi öz üzərimə götürmüşəm, onu da mən etmişəm, pulu özüm götürmüşəm" deyib.

 

Sahib Cahangirli müstəntiqə ifadəsində bütün işləri dayısı İ Qasımovun göstərişi ilə elədiyini deyib.

 

O, istintaqda dayısı ilə üzləşdirilmədiyini desə də, öz imzası ilə təsdiq olunan sənədlərdə üzləşdirildiyi aydın olub.

 

Zərərçəkmiş Kamal Məmmədov ifadə verərək deyib ki, heç bir şikayəti yoxdur: "Pulu İlham Qasımovun oğluna verib ev almışam. Məni əvvəl ora-bura göndərdilər, indi tələbim yoxdu. Mən 4 il idi o evdə yaşayırdım, bir nəfə gəldi ki, bu evi mən almışam".

 

K.Məmmədov isə məhkəməyə niyə çağırıldığını bilmədiyini deyib.

 

Proses oktyabrım 28-də davam edəcək.

 

**

11:31

 

Bu gün həbsdə olan general Akif Çovdarovun işində zərərçəkən kimi tanınmış, həm də dələduzluqda təqsirləndirilən İlham Qasımovun cinayət işi üzrə məhkəmə keçirilib.

 

Lent.az-ın məlunatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə  İ.Qasımovun vəkili jurnalistlərlə bağlı vəsatət verib. Bildirib ki, onun müdafiə etdiyi şəxsin əleyhinə mediada materiallar dərc olunur və buna görə də jurnalistlər zala buraxılmasın.

Hakim bildirib ki, bununla bağlı qanunvericiliyə uyğun olaraq addım ata bilərlər, hazırkı prosesə isə aidiyyatı yoxdur: "Bu, açıq prosesdir, istənilən şəxs iştirak edə bilər".

 

Prosesdə şahid qismində Sahib Cahangirli ifadə verib. O, ifadəsində 2013-cü ilin fevral ayında "Real MTK"-da sədr olduğunu deyib: "2014-cü ildə sakinlərin köçürülməsi ilə məşğul oldum. Bir il sonra mənimlə tikintini həyata keçirəcək şirkət arasında müqavilə bağlandı. Binalar tikiləndən sonra mənə 10,5 milyon manatlıq ev verəcəkdilər, amma vermədilər. Binəqədi rayon məhkəməsinə müraciət etdik, orada məhkəmə qərar verdi ki, 4,5 milyon manat ziyan dəyib. İstintaqda ifadəmi təzyiq altında vermişəm. Kağızda yazılanları oxumamışdım".

 

Şahid bildirib ki, Gülağa Qəmbərov tikinti üçün pul verəndə orada olub və pulların sayılmasında iştirak edib.

 

Məhkəmə davam edir.

 

 

Qeyd edək ki, İlham Qasımov rəhbəri olduğu şirkətin inşa etdiyi binalarda eyni mənzilləri bir neçə adama satmaqla dələduzluq etməkdə təqsirləndirilir. O, Cinayət Məcəlləsinn 178.3.2-ci (külli mqidarda dələduzluq), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.

 

İlham Qasımov hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs kimi də tanınıb.

 

Akif Çovdarov İlham Qasımovu təhdid edərək külli miqdarda pul almaqda ittiham edilir.

 

İttihama qeyd olunur ki, İlham Qasımov şair və iş adamı  Gülağa Qəmbərovdan ( GülağaTənha) 19, 5 milyon dollar pul alıb. O pulu İlham Qasımova iş qurmaq adı ilə verib.

 

Daha sonra  prosesdə Sahib Cahangirlinin məhkəməyə verdiyi ifadə ilə ibtidai istintaqa verdiyi ifadə arasında ziddiyyət olub.

 

İstintaq materiallarımda bəlli olub ki, Sahib Cahangirli Bakı şəhər sakini Bəşirov Ziyəddinə evini almaq üçün 120 min manat versələr də, sənədləşmədə bunu 5 min manat kimi qeyd edib.

 

Digər bütün sakinlərdən də evlər bu yolla alınıb.

 

İlham Qasımov isə yerindən "hər şeyi öz üzərimə götürmüşəm, onu da mən etmişəm, pulu özüm götürmüşəm" deyib.

 

Sahib Cahangir müstəntiqə ifadəsində deyib ki, bütün işləri dayısı İ Qasımovun göstərişi ilə elədiyini deyib.

 

O, istintaqda dayısı ilə üzləşdirilmədiyini desə də, öz imzası ilə təsdiq olunan sənədlərdə üzləşdirildiyi aydın olub.

 

Zərərçəkmiş Kamal Məmmədov ifadə verərək deyib ki, heç bir şikayəti olmadığını deyib: "Pulu İlham Qasımovun oğluna verib ev almışam. Məni əvvəl ora-bura göndərdilər, indi tələbim yoxdu. Mən 4 il idi o evdə yaşayırdım, bir nəfə gəldi ki, bu evi mən almışam".

 

İ.Qasımov K.Məmmədovu birinci dəfə gördüyünü deyib: "Tutaq ki, pulu mən almışam. Hə, nə olsun? Evində yaşayırsan da. Bunların hamısını "abaxeyis general"ın tapşırığı ilə ediblər".

 

K.Məmmədov isə məhkəməyə niyə çağırıldığını bilmədiyini deyib.

 

Proses oktyabrım 28-də davam edəcək.

 

# 262
avatar

Səlcuq Elçin

Oxşar yazılar