Bakıda sürücülər arasında dava: avtobusun şüşəsini sındırdılar
18 sentyabr 2016 16:44 (UTC +04:00)

Bakıda sürücülər arasında dava: avtobusun şüşəsini sındırdılar

Bakıda sərnişin avtobusu ilə minik avtomobilinin sürücüləri arasında insident baş verib. Lent.az-ın məlumatına görə, 81 saylı xətt üzrə hərəkət edən "Daevoo" markalı avtobusun sürücüsü polisə müraciət edərək bildirib ki, Qaraçuxur qəsəbəsi Alıcanov küçəsində tanımadığı şəxsin hücumuna məruz qalıb. O bildirib ki, minik avtomobilinin sürücüsü yoldakı suyu onun üstünə sıçratdığını irad bildirərək avtbusa zərbələr endirib və sərnişin avtobusunun ön şüşəsi sınıb.

 

Araşdırma aparılır.

# 269
avatar

Nizam Rza

Oxşar yazılar