“Kurtlar Vadisi” serialının qəhrəmanı Polad Alemdar xarakterini canlandıran aktyor Necati Şaşmaz yenicə ailə həyatı qurduğu Nagehan Kaşıkçı ilə bal ayına gedib. Lent.az-n Türkiyə mətbuatından istinadən verdiyi məlumata görə, 12.12.12 tarixində sürpriz şəkildə nikah masasına oturan cütlük bal ayını Maldiv adalarında keçirəcək. Cütlük aeroportda jurnalistlərə yaxalanıb.