Türkiyənin tanınmış müğənnisi Işın Karaca, son 6 ayda 26 kilo verərək diqqətləri üzərinə çəkib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Kipirdə səhnə alan Karaca, yeni görünüşü ilə pərəstişkarlarının marağına səbəb olub.
Müğənni, kilo verməsinin əsas səbəbi olaraq yeməkdən uzaq durmasını göstərib:
“Ən böyük sirrim yeməməkdir. Yemədikdə olurmuş. Özümü çox yaxşı hiss edirəm, keyfim yerindədir. Sağlamlıq hər şeydən önəmlidir.”
Karaca, sağlamlıq vəziyyətini qorumaq üçün balıq yağı və maqnezium əlavələri qəbul etdiyini və bütün prosesin mütəxəssis nəzarətində olduğunu bildirib. O, bu dəyişikliklərin özünü daha yaxşı tanıması ilə əlaqəli olduğunu vurğulayıb:
“Bu ölkədə, Sibel Can ilə birlikdə ən çox kilo alıb verən qadınam. Nəhayət başa düşdüm ki, bu iş insanın özünü tanıması ilə olurmuş.”
Işın Karaca, yeni görünüşü və sağlam həyat tərzi ilə pərəstişkarlarının təqdirini qazanmağa davam edir.