Azərbaycan millisi Litva ilə bacarmadı
27 sentyabr 2026 19:05 (UTC +04:00)

Azərbaycan millisi Litva ilə bacarmadı

0

Bu gün futbol üzrə Azərbaycan yığma komandası UEFA Millətlər Liqasında 2026/2027 mövsümünün ilk matçına çıxıb.

Lent.az Apasport.az-a istinadən xəbər verir ki, D Liqasının 2-ci qrupunda yer alan kollektiv Litvanın qonağı olub.

Görüş qarşılıqlı hücumlarla başlayıb. Hesabı meydan sahibləri açıb. Lakin çox keçmədən Mahir Emreli hesabı bərabərləşdirib.

İkinci yarıda hesab dəyişməyib - 1:1.

UEFA Millətlər Liqası
C Liqası, 2-ci qrup

17:00 Litva – Azərbaycan 1:1
Qollar: A. Kuçis, 9-p. - M. Emreli, 14

Baş hakim: Menelaos Antoniu (Kipr)
Kaunas. Darius və Girenas adına stadion

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 66

Oxşar yazılar