Tağı Əhmədov: “İnsan özünü partlatmaq istəyirsə, nə edə bilərik?”
02 aprel 2010 15:15 (UTC +04:00)

Tağı Əhmədov: “İnsan özünü partlatmaq istəyirsə, nə edə bilərik?”

Bakı Metropolitenindəki stansiyalarda, vaqonların hamısında belə kameralar quraşdırılarsa, bu, təhlükəsizliyə dəlalət etmir.


Lent.az-ın müxbirinin verdiyi məlumata görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Bakı Metropoliteninin rəisi Tağı Əhmədov söyləyib.

O qeyd edib ki, Moskva metrosunda bütün vaqonlarda kamera olub, ancaq kamikazelər metroda özünü partladıb.


Tağı Əhmədov deyib ki, Azərbaycan müharibə şəraitində olduğu üçün 1992-ci ildən gücləndirilmiş iş rejimində işləyir: “Ancaq təhlükəsizliklə bağlı alternativ variantımız yoxdur. Biz sadəcə, metroya, 1, yaxud 2 qapıdan giriş-çıxışa üstünlük vermişik. Həmin qapılarda detektorlarla polis işçiləri əsasən? yükləri yoxlayır. Ancaq metroda təhlükəsizliyə tam zəmanət vermək və bunu təmin etmək mümkün deyil. O halda gərək metronu bağlayaq, hər gələn sərnişini bir-bir tam yoxlayaq. Bu halda da metrodan gündə 60 min yox, 50 min insan istifadə edəcək”.


Tağı Əhmədovun sözlərinə görə, dünyada hələ bədənində partlayıcı qurğu bağlayan insanı aşkara çıxaran qurğu yaradılmayıb: “Kandarda insanın bədənində partlayıcı olduğunu görüb siqnal verən aparat olsa, dövlətimiz alar, elə aparat yoxdur. Həm də bir insan özünü partladaraq öldürmək istəyirsə, nə edə bilərik? Fransada, İngiltərədə, Almaniyada, Rusiyada metropolitendə belə partlayışlar törədilib”.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 570

Oxşar yazılar