Abşeronda gənc oğlan iranlının güdazına  getdi
28 sentyabr 2024 11:30 (UTC +04:00)

Abşeronda gənc oğlan iranlının güdazına getdi

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Abşeronda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri keçiriblər.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, nəticədə 24 yaşlı Əlqədir Cahangirov saxlanılıb. Onun idarə etdiyi “Toyota” markalı avtomobilinə baxış zamanı ümumilikdə 22 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb. 

Saxlanılan şəxs şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əvvəlcədən müəyyənləşdirilmiş yerdən narkotik vasitələri götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Ə.Cahangirovla əlbir olan digər şəxslərin də saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 732
avatar

Oxşar yazılar