PSJ-nin baş məşqçisi Luis Enrike mətbuat konfranslarına qatılmamaq və mətbuatla ünsiyyətdə olmamaq üçün maaşının yarısından imtina edəcəyini bildirib.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, "Renn"lə liqa oyunu öncəsi təşkil edilən mətbuat konfransında danışan ispan məşqçi deyib: "Bir daha mətbuata danışmayacağımı, bir daha mətbuatla əlaqə saxlamayacağımı bildirən bir kağıza imza atmağımı söyləsəniz, maaşımın 25 faiz, hətta 50 faiz azaldılacağını heç düşünməzdim, dərhal imzalayardım”.
"Bundan qaça bilsəydim, edərdim. Bundan qaça bilmərəm, çünki klublarla bağlanmış müqavilələrdə məşqçinin mətbuata açıqlama verməli olduğu bəndlər var", - Luis Enrike vurğulayıb.
Luis Enrike deyib ki, danışmağı sevən insandır: “Bir neçə dildə danışa bilirəm. Ancaq mətbuata danışacaq enerjim qalmadı”.
İspaniyalı baş məşqçinin PSJ—də illik maaşı 9,5 milyon avrodur.