Külək Böyük Şor bulvarında attraksionu aşırdı-VİDEO
27 aprel 2025 17:15 (UTC +04:00)

Külək Böyük Şor bulvarında attraksionu aşırdı-VİDEO

Bu gün Bakıda Böyük Şor bulvarında külək uşaqların olduğu hava doldurulmuş attraksionu aşıraraq yola atıb.

Lent.az-ın xəbərinə görə, bu barədə APA məlumat yayıb.

TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 27.04.2025-ci il tarixində saat 15:07-də Böyük Şor bulvarı ərazisindən uşaqların yıxılaraq xəsarət alması səbəbilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub və xəsarət alan şəxslər yerində tapılmayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 998

Oxşar yazılar