İrandan Azərbaycana narkotik keçirənlərdən 1-i zərərsizləşdirildi-Saxlanılanlar və qaçanlar var
27 aprel 2025 13:56 (UTC +04:00)

İrandan Azərbaycana narkotik keçirənlərdən 1-i zərərsizləşdirildi-Saxlanılanlar və qaçanlar var

Aprel ayının 26-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 7 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib.

Bu barədə Lent.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən xəbər verilib.

Sərhədçilərə silahlı müqavimət göstərilib

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib, havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açıblar.

Bir sərhəd pozucusu zərərsizləşdirilib, üçü qaçıb

Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun silah tətbiq edilərək sərhəd pozucularından biri hadisə yerində zərərsizləşdirilib, silahlı müqavimət göstərən digər 3 nəfər isə geriyə qaçmağa nail olub.

Balakən rayonundan olan üç nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində digər 3 nəfər – Balakən rayon sakinləri, 1998-ci il təvəllüdlü İbrahimov Rəcəb Məhəmməd oglu, 1990-ci il təvəllüdlu İsayev İsa Maqomedoviç və 1982-ci il təvəllüdlü Uzunov Kamran Kamaldin oğlu saxlanılıb.

Ərazidə 51 kq-dan çox narkotik və psixotrop maddələr tapılıb

Əraziyə baxış zamanı 3 ədəd bağlamada ümumi çəkisi 51 kiloqram 884 qram narkotik vasitəyə bənzər maddə və çox sayda psixotrop həb aşkar olunaraq götürülüb.

Hadisə ilə bağlı İran sərhəd nümayəndələri ilə görüş keçirilib

Baş vermiş hadisə ilə əlaqədar İran İslam Respublikasının sərhəd nümayəndələri ilə görüş keçirilib.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir

Fakt üzrə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluğu tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1070

Oxşar yazılar

Sumqayıtda 50 yaşlı kişinin meyiti tapıldı

Sumqayıtda 50 yaşlı kişinin meyiti tapıldı

27 aprel 2025 , 23:16
Şirvanda 7 yaşlı uşaq öldü – şok səbəb

Şirvanda 7 yaşlı uşaq öldü – şok səbəb

27 aprel 2025 , 21:22
Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ oldu

27 aprel 2025 , 19:06
Külək Böyük Şor bulvarında attraksionu aşırdı-VİDEO

Külək Böyük Şor bulvarında attraksionu aşırdı-VİDEO

27 aprel 2025 , 17:15
Gəncədə 23 yaşlı oğlan bıçaqlandı

Gəncədə 23 yaşlı oğlan bıçaqlandı

27 aprel 2025 , 16:36
Bakıda avtomobil səkiyə çırpıldı-Ölən var

Bakıda avtomobil səkiyə çırpıldı-Ölən var

27 aprel 2025 , 13:48
"28 Mall"a giriş bərpa olundu-YENİLƏNİB

"28 Mall"a giriş bərpa olundu-YENİLƏNİB

27 aprel 2025 , 13:36
Samuxda iki avtomobil toqquşdu-YENİLƏNİB

Samuxda iki avtomobil toqquşdu-YENİLƏNİB

27 aprel 2025 , 13:25