Ərəb klubları və "Mançester Yunayted" bu hücumçu üçün yarışa girdi
26 aprel 2025 13:28 (UTC +04:00)

Ərəb klubları və "Mançester Yunayted" bu hücumçu üçün yarışa girdi

Bir çox futbol klubları diqqətini “Vulverhempton”un hücumçusu Matheus Cunhaya yönəldib.

Lent.az xarici mediaya istinadla bildirir ki, braziliyalı oyunçu təkcə “Mançester Yunayted” üçün deyil, Səudiyyə Ərəbistanı Pro Liqasının komandaları üçün də cəlbedicidir.

Səudiyyə Ərəbistanından hansı komandaların futbolçunu almaq arzusunda olduğu hələlik məlum deyil. Bununla belə, onların Cunhanın 62 milyon funt-sterlinqlik müqaviləsindəki bəndi aktivləşdirməyə hazır olduqları ortaya çıxıb.

Bu mövsüm forvard 31 oyunda meydana çıxıb, 16 qol vurub və 4 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 548

Oxşar yazılar