Xiaomi artıq heç bir yeniləmə qəbul etməyəcək qadcetlərin daxil olduğu EOS (Dəstəyin Sonu) siyahısını yeniləyib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu dəfə Çin şirkəti bir vaxtlar məşhur olan yeddi smartfonun dəstəyini dayandırır.
Siyahıda göstərilən cihazlar nəinki yeni funksiyalardan məhrum olacaq, həm də təhlükəsizlik yeniləmələri olmadan qalacaq:
• Poco F4 GT;\• Redmi K50 Gaming;
• Redmi 10A;
• Redmi Note 11S;
• Redmi Note 11 Pro+ 5G;
• Xiaomi 11i;
• Xiaomi 11i HyperCharge.
Poco F4 GT Android 14 əsaslı HyperOS 2.0.1.0 ilə ömrünün sonuna çatıb, Redmi K50 Gaming isə HyperOS 2.0.2.0 ilə “ilişib qalıb”. Redmi 10A MIUI 12.5-də qalacaq. Redmi Note 11S 5G, Note 11 Pro+ 5G, Xiaomi 11i və 11i HyperCharge hələ də Android 13 əsaslı HyperOS 1-də “ilişib qalıb”.
Bu cihazların sahiblərinə daha müasir smartfon almağı düşünmək tövsiyə olunur. Siz cihazları istifadə etməyə davam edə bilərsiniz, lakin təhlükəsizlik yeniləmələri olmadan onlar yeni təhlükələrə qarşı daha həssas olacaq və zaman keçdikcə tətbiqlər uyğunluğu itirməyə başlayacaq.