"28 Mall"a giriş bərpa olundu-YENİLƏNİB
27 aprel 2025 13:36 (UTC +04:00)

"28 Mall"a giriş bərpa olundu-YENİLƏNİB

"28 Mall” Ticarət Mərkəzində yaranmış texniki problem aradan qaldırılıb. 

Lent.az-ın xəbərinə görə, bu barədə "PASHA Malls"-un marketinq şöbəsi məlumat yayıb. 

"28 Mall” Ticarət Mərkəzinə giriş bərpa edilib. 

***

saat 11.35

"28 Mall” Ticarət Mərkəzinə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb.

Lent.az xəbər verir ki, bu barədə Ticarət Mərkəzi məlumat yayıb.

Məlumatda bildirilir ki, texniki səbəblərə görə “28 Mall” Ticarət Mərkəzində işıqlar sönüb:

“Təhlükəsizlik məqsədilə ticarət mərkəzinə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb.

Günün ikinci yarısında ticarət mərkəzinə daxil olmağın mümkün olacağını düşünürük. Bununla bağlı bir qədər sonra yenidən sizə məlumat verəcəyik.

Bütün komandamız problemin ən qısa zamanda həll edilməsi üçün çalışır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1468

Oxşar yazılar