Britaniya kralının sevimli yeməkləri  nələrdir?
28 sentyabr 2024 13:10 (UTC +04:00)

Britaniya kralının sevimli yeməkləri nələrdir?

Böyük Britaniya kralı III Çarlzın ögey oğlu Tom Parker-Boules atasının gündəlik yeməklərindən danışıb və onu “əsl yemək qəhrəmanı” adlandırıb. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, o, monarxın pəhrizindən söhbət açıb.

Kraliça Kamillanın oğlu məşhur yemək tənqidçisi və Britaniya mətbəxi haqqında yeddi kitabın müəllifidir. Parker-Boules deyib ki, onun 77 yaşlı anası və 75 yaşlı ögey atası sadə, mövsümi yeməklərə üstünlük verirlər.

Kralın yeməkləri mülklərinin ərazilərində əldə edilən və yetişdirilən ov, mal və quzu ətlərindən hazırlanır. O, noxud, çiyələk, moruq və çuğundur yeməyi sevir.

Parker-Boulz qeyd edib ki, kral süfrəsinə artıq heç nə qoyulmadığı üçün tullantılar da olmur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2349
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar