Sabah Bakının bu rayonlarının qazı  kəsiləcək
27 sentyabr 2024 21:03 (UTC +04:00)

Sabah Bakının bu rayonlarının qazı kəsiləcək

Sentyabrın 30-da Bakının üç rayonunda qaz olmayacaq.

Lent.az bildirir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi (İB) məlumat yayıb.

Bildirilib ki, Xəzər, Sabunçu və Binəqədi rayonlarında aparılacaq təmir-bərpa işləri ilə əlaqədar sentyabrın 30-u saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Stansiya Qala yaşayış massivi, Ləhiş bağları ərazisində, həmçinin Binəqədi şosesi-1, 1-ci, 2-ci, 3-cü Mədən əraziləri, M.Ə. Rəsulzadə qəsəbəsinin bir hissəsi, Baksol ərazisi, Zəngəzur yaşayış massivi ərazisində istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 873
avatar

Oxşar yazılar