Qaxda motosikletlə ət almağa gedən qəzada öldü
28 sentyabr 2024 11:09 (UTC +04:00)

Qaxda motosikletlə ət almağa gedən qəzada öldü

Qaxda motosikletçi qəzada ölüb.

Lent.az xəbər verir ki, hadisə səhər saatlarında rayonun Zəyəm kəndinin girişində baş verib.

Qarabaldır kənd sakini 31 yaşlı Sənan Niyazi oğlu İdrislinin idarə etdiyi motosklet aşıb. Qəza zamanı başından ağır xəsarətlər alan S. İdrisli Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq S. İdrisli xəstəxanaya daxil olduqdan bir qədər sonra dünyasını dəyişib.

Məlumata görə, mərhum motosikletlə ət almağa gedib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 657
avatar

Oxşar yazılar