“Hizbullah”ın lideri öldürülüb  - İsraildən AÇIQLAMA
27 sentyabr 2024 23:51 (UTC +04:00)

“Hizbullah”ın lideri öldürülüb - İsraildən AÇIQLAMA

Həsən Nəsrullahın İsrailin onu hədəfə aldığı zərbədən sonra vəziyyəti ilə bağlı məlumatlar müxtəlifdir. 

Lent.az bildirir ki, “Reuters”, İran və ərəb mediası “Hizbullah” liderinin sağ olduğunu bildirsə də, İsrail onun məhv edilməsi əməliyyatını uğurlu adlandırıb.

"Hizbullah" şiə qruplaşmasının lideri Həsən Nəsrullah sağdır, qruplaşmaya yaxın “Reuters”in mənbəyi, həmçinin İranın “Tasnim” agentliyi və Səudiyyə Ərəbistanının “əl Hadath” agentliyinin həmsöhbətləri İsrailin Beyrutun ətrafındakı hərəkatın mərkəzi qərargahına zərbəsindən sonra bildiriblər.

“Tasnim” qeyd edir ki, Nəsrullah "təhlükəsiz yerdədir" və "Hizbullah" tezliklə bəyanat verəcək. Yüksək səviyyəli İran mənbəyi “Reuters”ə bildirib ki, Tehran "Hizbullah" ın lideri statusunu "yoxlayır". Eyni zamanda, Sky News Arabia mənbəyi İsrail tərəfinin Nəsrullahın öldürülməsi əməliyyatının uğurlu olduğunu təxmin etdiyini söyləyib.

Nəsrullah 64 yaşında, 1992-ci ildə qrupun əvvəlki lideri Abbas əl-Musəvi öldürüldükdən sonra "Hizbullah" ın baş katibi olub.

İsrail hərbçiləri sentyabrın 27-də axşam Beyrutdakı "Hizbullah"ın mərkəzi qərargahına zərbə endirib, hədəf Nəsrullah olub. “Al Jazeera” telekanalı bildirib ki, zərbə rayonunda dörd bina tamamilə dağıdılıb. “Axios” yazır ki, İsrail rəsmisinin sözlərinə görə, zərbə tətbiq edilməzdən bir neçə dəqiqə əvvəl ABŞ-a məlumat verilib, lakin Vaşinqtonda iki yüksək səviyyəli həmsöhbət ABŞ-ın xəbərdarlıq almadığını bildirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2907
avatar

Oxşar yazılar