Azərbaycanda göz rəngini  dəyişmək neçəyə başa gəlir?
27 sentyabr 2024 17:49 (UTC +04:00)

Azərbaycanda göz rəngini dəyişmək neçəyə başa gəlir?

Azərbaycanlılar estetik əməliyyatlara böyük maraqla yanaşırlar. Təkcə məşhurlar yox, elə əhalinin bütün təbəqələrindən olan insanlar bədənşəkiləndirmə, burun kiçiltmə, üzgərdirmə əməliyyatlarına həvəslə gedirlər. Mən hələ başa tük əkdirmələri, implant dişləri, silikon sinə və “popo”ları, üz çevrəsini dolqu ilə gəncləşdirməyi, müxtəlif tatu, botoks, lazer prosedurlarını demirəm. Gənclik və gözəllik nə qədər bahalı olsa da, alıcısı mütləq var.

Dünyada tətbiqinə yeni başlanılan və dərhal Azərbaycanda populyarlaşan əməliyyatlardan biri də göz rəngnin əəliyyatla dəyişməsidir. Bəs bu əməliyyat neçəyədir?

Lent.az-ın əldə etdiyi məlumata görə, görmə üçün böyük risk daşıyan, göz piqmentinə tətbiq edilməklə aparılan bu əməliyyatın qiyməti Azərbaycanda 9000 manatdır.

Göz rəngini pasiyent özü seçir. Göy, mavi, boz, yaşıl, kəhrəba, bal, ala, firuzəyi, bənövşəyi kimi rəngləri seçmək olur. Rəng seçimindən asılı olaraq, əməliyyatın qiyməti 2000 manat artır. 40 dəqiqə sürən prosedur yerli keyitmə ilə ağrısız başa çatır.  Bu əməliyyatın geri dönüşü yoxdur. Əvvəlki göz rənginə qayıtmaq mümkün deyil.

Azərbaycanlı məşhurlardan Nanə Ağamalıyeva və Mətanət Əliverdiyeva qəhvəyi rəngli göz rənglərini əməliyyatla mavi rəngə çeviriblər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14352
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar