“Mançester Siti” üçün iki pis xəbər
27 sentyabr 2024 19:46 (UTC +04:00)

“Mançester Siti” üçün iki pis xəbər

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Rodrinin mövsümü başa vurduğunu açıqlayıb. İspaniyalı çalışdırıcı De Bruynenin növbəti oyunda meydana çıxa bilməyəcəyini də bildirib. 

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, ispaniyalı baş məşqçi Pep Qvardiola Rodrinin əməliyyat olunduğunu və mövsümü başa vurduğunu açıqlayıb.

Qvardiola açıqlamasında "Rodri bu səhər əməliyyat olundu. Təəssüf ki, Rodri üçün bu mövsüm bitdi. O, növbəti mövsümdə yenidən aramızda olacaq" deyib.  

Təcrübəli baş məşqçi “Mançester Siti”də zədəli olan Kevin De Bruynenin “Nyukasl” ilə oyunda meydana çıxa bilməyəcəyini bildirib.

Qvardiola deyib ki, De Bruynenin zədəsi davam edir. Onun milli komandaya getməzdən əvvəlki oyuna yetişə bilməsi ehtimalı var, ancaq "Nyukasl"a qarşı oynamayacaq.

“Mançester Siti” sentyabrın 29-də Bakı vaxtı ilə saat 15:30-da “Nyukasl”la qarşılaşacaq.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1758
avatar

Oxşar yazılar