ABŞ və İraq Amerika qoşunlarının ölədən çıxarılması və İŞİD-ə qarşı mübarizə aparmaq üçün beynəlxalq hərbi missiyanın dayandırılması barədə razılığa gəliblər.
Lent.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Ağ Ev Yaxın Şərq ölkəsini nə qədər hərbçinin tərk edəcəyini açıqlamayıb.
Qeyd edək ki, hazırda orada 2,5 min nəfərə yaxın kontingent var.
ABŞ rəsmiləri bildiriblər ki, ilk qoşunlar noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra İraqın qərbindəki Ayn əl-Əsəd bazasını və Bağdad Beynəlxalq Hava Limanını tərk edərək Ərbildəki Hərir bazasına köçürüləcək.
Birinci mərhələ 2025-ci ilin sentyabrına qədər davam edəcək.
“Sarsılmaz Qətiyyət” əməliyyatı 2026-cı ilə qədər başa çatacaq.
Koalisiya qoşunları İŞİD-ə qarşı mübarizəni Suriyada, hazırda 900-ə yaxın amerikalı əsgərin yerləşdiyi ölkədə davam etdirəcək.