“Motorola”dan yeni telefon  – Hansı xüsusiyyətləri var?
27 sentyabr 2024 15:26 (UTC +04:00)

“Motorola”dan yeni telefon – Hansı xüsusiyyətləri var?

Yeni “Motorola Razr 50s” qatlanan smartfon təqdim olunub. 

Lent.az xəbər verir ki, yeni məhsul sentyabrın 27-dən satışa çıxacaq. “Razr 50”lərin dizaynı, əsas xüsusiyyətləri və adi “Motorola Razr 50”dən fərqləri artıq açıqlanıb.

Smartfon MediaTek Dimensity 7300X prosessoru ilə təchiz edilib və 2640 x 1080 piksel təsvir ölçülü 6,9 düymlük əsas AMOLED ekrana malikdir. Həmçinin 1056x1066 piksel təsvir ölçülü 3,6 düymlük xarici displey də var. Telefonun 8 GB RAM və 256 GB daxili yaddaşı var. Mütəxəssislər hesab edirlər ki, bu, yeganə konfiqurasiya variantıdır, Razr 50 isə 12 GB RAM və 512 GB yaddaşa malik versiyaya malikdir.

“Motorola Razr 50s” 4200 mAh batareya sahibdir. Telefon IPX8 standartına uyğun olaraq suya davamlıdır. Cihaz Android 14 ƏS-də işləyir.

Əsas kamera 50 meqapiksel təsvir ölçüsünə malikdir və 32 meqapiksellik əlavə kamera ilə tamamlanır. “Motorola Razr 50”də ikinci geniş bucaqlı kamera isə 13 meqapiksellik təsvir ölçüsünə malikdir. “Razr 50”nin ikinci kamerasının optikası ilə bağlı hələ də əlavə informasiya yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 459
avatar

Sevinc Fərid

Oxşar yazılar