Lukaşenko hesab edir ki, xaricdə ona qarşı  silahlı qiyam  hazırlanır
27 sentyabr 2024 14:34 (UTC +04:00)

Lukaşenko hesab edir ki, xaricdə ona qarşı silahlı qiyam hazırlanır

Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, ölkəni qarşıdan gələn seçki kampaniyası ilə bağlı çətin günlər gözləyir.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, onun iddiasına görə, “qaçaq” belaruslular “ekstremal variant – Belarus ərazisinə silahlı müdaxilə” vasitəsini seçə bilərlər.

“Bizim haqlı olduğumuzu sübut edəcək kifayət qədər faktlarımız var. Ona görə də aparıcı telekanallarımızda, mətbuatda, internetdə jurnalistlərdən gördüyünüz hər şey doğrudur. Və onların sonuncu variantı Belarus ərazisinə silahlı basqındır. Çünki heç kim danışmağa pul vermir. Onlar beynəlxalq və daxili gündəmi tamamilə bizim jurnalistlərə uduzurlar. Tamamilə! Onlara dedilər: uşaqlar, söhbət etmək yaxşıdır, davam edin. Bunun üçün o qədər pul var, qalan hər şey daha təsirli mübarizə, silahlı üsyan üçündür.

Ukraynanın Kursk vilayətində etdiyi kimi Belarus ərazisinə soxulmaq, ərazinin bir hissəsini ələ keçirmək, ölkədə sabitliyi pozmaq cəhdi gözlənilir. Ona görə də məhsul yığımı və digər iqtisadi məsələlərlə yanaşı, mən ölkəmizin müdafiə qabiliyyətinə böyük diqqət yetirməliyəm”, - Lukaşenko bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1329
avatar

Oxşar yazılar