Xaçmazda itkin düşən 70 yaşlı kişinin meyiti tapıldı
19 oktyabr 2024 19:50 (UTC +04:00)

Xaçmazda itkin düşən 70 yaşlı kişinin meyiti tapıldı

Xaçmaz rayonunun İstisu qəsəbəsi ərazisindən keçən kanalda meyit aşkarlanıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, meyit sudan çıxarılaraq təhvil verilib.

Meyiti tapılan şəxsin 3 gün öncə itkin düşən qəsəbə sakini 70 yaşlı Əlixan Mehdixanov olduğu müəyyənləşib.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 945
avatar

Oxşar yazılar