Məşhur aktrisanın bu sözləri gündəm oldu: "Özümü deyil,  insanları dəyişdirirəm”
02 may 2025 19:07 (UTC +04:00)

Məşhur aktrisanın bu sözləri gündəm oldu: "Özümü deyil, insanları dəyişdirirəm”

Türkiyənin məşhur aktrisası Meryem Uzerli gözəlliyin trendlərə deyil, daxili rahatlığa əsaslandığını vurğulayıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Meryem Uzerli hər zaman zərifliyi və səmimiyyəti ilə diqqət çəkməyə davam edir. Məşhur aktrisa, L’Officiel Türkiye jurnalına verdiyi xüsusi müsahibədə gözəllik anlayışı, bədən sevgisi və özünəinamla bağlı diqqətçəkən açıqlamalar verib. Məşhur aktrisa yaş artdıqca gözəllik anlayışının dəyişdiyini bildirib:

“Bədənimi həyatımın hər dövründə sevirəm. Medianın gözəllik anlayışı trendlərə əsaslanır. Mən özümü ən gözəl hiss etdiyim an, məni sevən insanlarla olduğum anlardır. Əgər başqaları bədənimlə bağlı mənə bir nöqsan hiss etdirirsə, özümü yox, ətrafımdakı insanları dəyişdirirəm”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 932

Oxşar yazılar