"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola hazırkı müqaviləsi başa çatdıqdan sonra klubdan ayrılacağını açıqlayıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Pep Qvardiola gələcəyi ilə bağlı fikirlərini də bölüşüb.
İspaniyalı mütəxəssis “Şəhərlilər”in onun son iş yeri olub-olmayacağından əmin olmadığını, lakin müqaviləni yeniləmək fikrində olmadığını bildirib.
"Mançester Siti” ilə müqaviləm bitəndə ayrılacağam. Bu qərar qətidir. Karyeramı tamamilə bitirib-bitirməyəcəyimi bilmirəm, amma fasilə vermək istəyirəm.
Necə xatırlanmaq istədiyim barədə dəqiq bir fikrim yoxdur. Hər kəs öz təəssüratları ilə qalsın”.