Daxili İşlər Nazirliyini məhkəməyə verən azərbaycanlının tələbi RƏDD EDİLDİ
19 oktyabr 2024 10:20 (UTC +04:00)

Daxili İşlər Nazirliyini məhkəməyə verən azərbaycanlının tələbi RƏDD EDİLDİ

Rusiyanın Bryansk vilayətində Azərbaycan vətəndaşı Daxili İşlər Nazirliyinin regional idarəsinə qarşı Sovetski Rayon Məhkəməsinə inzibati iddia qaldırıb. O, müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtinanın qanunsuz hesab edilməsini xahiş edib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, iddiaçı uzun müddət Rusiyada qanuni yaşadığını, sabit qohumluq əlaqələrinə malik olduğunu və vətəndaşlıq almaq niyyətində olduğunu deyib. İcazədən imtina kişinin ərizəsində qardaşının ölümü ilə bağlı məlumatı göstərməməsinin nəticəsi olub. Bu, Daxili İşlər Nazirliyi tərəfindən qəsdən yalan məlumatların daxil edilməsi kimi qəbul edilib.

Məhkəmə işin materiallarını öyrənib. Məlum olub ki, ərizədə qardaşının ölümü ilə bağlı məlumatın olmaması ilə yanaşı, iddiaçının anasının adı, atasının adı və doğum tarixi ilə bağlı uyğunsuzluqlar da var. Buna görə də onun tələblər rədd edilib.

Azərbaycan vətəndaşı apellyasiya şikayəti verərək qeyd edib ki, mübahisələndirilən qərar onun şəxsi və ailə həyatına həddindən artıq müdaxilədir.

Lakin məhkəmə kollegiyası kişinin nikahının uydurma olduğunu nəzərə alaraq şikayəti də rədd edib. O, bunu yalnız Rusiyada müvəqqəti yaşamaq icazəsi almaq məqsədi ilə bağlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3048
avatar

Mehman Nəbiyev

Oxşar yazılar