Polis zabiti  özünü güllələdi
03 mart 2025 11:46 (UTC +04:00)

Polis zabiti özünü güllələdi

Adıyamanın Gölbaşı məhəlləsində depressiyaya düşdüyü iddia edilən polis məmuru xidməti tapançası ilə intihar edib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Adıyamanın Gölbaşı məhəlləsi İnönü küçəsindəki mənzildə yaşayan Gölbaşı rayon Polis Şöbəsində xidmətdə olan polis məmuru İbrahim A.nın depressiyaya düşərək əlindəki xidməti tapança ilə intihar etdiyi iddia edilib. 

Bölgədəki insanların silah səsləri eşitdiyini bildirməsindən sonra hadisə yerinə çoxlu sayda polis əməkdaşları və tibb işçiləri göndərilib. Həkimlərin müayinəsi nəticəsində polis məmurunun öldüyü müəyyən edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1754

Oxşar yazılar