İsmayıllıda 18 yaşlı oğlan ölü tapılıb.
Lent.az-ın verdiyi xəbərə görə, hadisə İsmayıllı şəhərində qeydə alınıb.
Kirayədə yaşayan Ağdam rayon sakini Əliyev Rahib Elnur oğlu yaşadığı evin hamamında ölüb tapılıb.
Ölümün səbəbi hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, mərhum İsmayıllı Humanitar Kollecinin tələbəsi idi.