Bu gün saat 12:45 radələrində Biləsuvar rayonu ərazisində 1983-cü il təvəllüdlü Elməddin Cəfərova ov silahı ilə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Lent.az-a verilən xəbərə görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Raul Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Şübhəli şəxsdən müvafiq qeydiyyatı olan ov tüfəngi götürülüb.
Hadisə tərəflər arasında yaranan mübahisə zəminində baş verib.
Fakta görə rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.
***
saat 14.25
Biləsuvarda 42 yaşlı şəxs odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb.
Belə ki, rayon sakini həmyerlisi 1983-cü il təvəllüdlü Elməddin Əzizağa oğlu Cəfərova odlu silahdan atəş açıb.
Ayağından xəsarət alan yaralı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.