Çindən Bakıya gətirilən avtomobillər yandı - VİDEO
03 mart 2025 10:07 (UTC +04:00)

Çindən Bakıya gətirilən avtomobillər yandı - VİDEO

Bakı-Quba ödənişli avtomobil yolunun 95-ci kilometrliyində yanğın olub.

FHN-dən Lent.az-a verilən məlumata görə, “Mercedes” markalı yük avtomobilinin qoşqusunda (qoşqu sürücü tərəfindən avtomobildən ayrılıb) olan 5 ədəd “Toyota” markalı minik avtomobili və qoşqunun yanar hissələri yanıb.

Qoşquda olan digər 3 avtomobil yanğından mühafizə olunub. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.

Qeyd edək ki, yanan avtomobillər Çindən gətirilirmiş. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1196

Oxşar yazılar