Yuxuda sarımsaq  görmək nə deməkdir?
03 mart 2025 10:20 (UTC +04:00)

Yuxuda sarımsaq görmək nə deməkdir?

Sarımsaq sağlamlıq üçün faydalı olduğu üçün mənəvi və fiziki rifahı simvollaşdırır. Yuxuda sarımsaq yemək yuxu görənin sağlamlığını qorumaq və ya bərpa etmək üçün mühüm addımlar atmağa hazır olduğunu və ya özünü pis enerjilərdən təmizləmək istəyini əks etdirir.

Yuxularda bir çox şey görürük. Bunlardan biri də sarımsaqdır.

Bəs, yuxuda sarımsaq görmək hansı mənaya gəlir?

Lent.az yuxuda sarımsaq görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni təqdim edir:

Yuxuda sarımsaq görmək nədir?

Ümumiyyətlə, kədər və üzüntüyə səbəb olacaq sıxıntılara, ev daxilində yaşanacaq ayrılıqlara, yaxın bir dostdan gələcək pis xəbərə, insanın pis bir adla tanınmasına işarə edir. Xəstə bir insanın yuxuda sarımsaq yeməsi şəfa tapacağına işarə etdiyi halda, bişmiş sarımsaq yemək insanın etdiyi pis əməllərdən tövbə edəcəyini bildirir. Bu, insanın keçmişdə etdiyi bütün pis işlərdən uzaqlaşacağı mənasına gəlir. Sarımsaqları kökündən çıxarmaq isə insanın özünə yaxın birindən pislik görəcəyinə işarədir. Yuxuda sarımsaq görmək müəyyən bir müddətdən sonra insanın maddi cəhətdən sıxıntılarının bitəcəyini və əlinə pul keçəcəyini bildirir. Qadınların yuxuda sarımsaq görməsi isə yaxın zamanda bir evliliyin olacağına işarə edir.

Yuxuda sarımsaq soymaq nədir?

Bəxtsizlik, uğursuz və çətin işlərə işarə edir. Yuxu sahibinin iş həyatında qarşılaşacağı çətinliklərə və yaxın bildiyi bir dostundan zərər görəcəyinə işarədir. Eyni zamanda, ailəsinə və ətrafına qarşı narahatlıq yaradan bir insana qarşı ehtiyatlı olacağına və xəstəxanada olan bir yaxınını itirə biləcəyinə işarə edir. Yuxuda sarımsaq soymaq, pis əməllərdən uzaqlaşaraq Allaha tövbə edəcək bir insanın varlığına yozulur.

Yuxuda sarımsaq yemək nədir?

Yuxuda sarımsaq yemək gözəlliyə, xeyirə və yaxşı xəbərlərə qovuşmağa işarə edir. Yuxu sahibini sevindirəcək, çətinliklərdən qurtulmasına səbəb olacaq böyük müsbət dəyişikliklərin olacağına dəlalət edir. Gözəl xəbərlər almaq, xoşbəxt olmaq, yaxşı günlər keçirmək və duaların qəbul olması mənasını daşıyır. Hədəflərinə çatmaq üçün maneələri aşacağı və ümidsizliyə düşməyəcəyi anlamına gəlir.

Yuxuda sarımsaq döymək nədir?

Huzurlu, sağlam və xoşbəxt bir həyata işarə edir. Yuxusunda sarımsaqları döydüyünü görən insanın bütün dərdlərindən xilas olacağına, istədiyi rahat və xoşbəxt bir ailəyə sahib olacağına işarədir. Ailəsi ilə olan problemlərin öhdəsindən gələcəyinə və iş həyatında vəzifəsinin yüksələcəyinə işarə edir.

Yuxuda yaşıl sarımsaq yemək nədir?

Yuxu sahibinin xeyirli işlərə yönələcəyinə, doğruluq yolundan dönməyəcəyinə və bir dəfə tövbə etdikdən sonra onu pozmayacaq qədər güclü inanca sahib olacağına işarə edir. Hiylədən, haramdan, başqasının haqqını yeməkdən, pis əməllərdən və şeytani düşüncələrdən uzaq qalacağına dəlalət edir.

Yuxuda çiy sarımsaq yemək nədir?

Yuxu sahibinin fitnə və hiyləyə düşəcəyinə yozulur. Yanlış və natamam işlər görərək pul qazanmağa çalışacağına və bu səbəbdən də cəmiyyətdə yaxşı adını itirəcəyinə işarə edir.

Yuxuda bişmiş sarımsaq yemək nədir?

Yuxu sahibinin Allahın qadağan etdiyi şeylərdən çəkinərək əmrlərinə riayət edəcəyinə və doğru yoldan ayrılmayacağına işarə edir. Heç kimin haqqını yeməyəcəyi və kiməsə haqqını yedirtməyəcəyi mənasına gəlir.

Yuxuda soğan və sarımsaq yemək nədir?

Yuxu sahibinin həm ruhən, həm də cismən sağlam və güclü hiss edəcəyinə işarədir. İşlərinin düzələcəyinə, qazancının artacağına və həyatının qaydaya düşəcəyinə dəlalət edir.

Yuxuda təzə sarımsaq yemək nədir?

Yuxu sahibinin həyatında gözəl inkişafların olacağına, işlərinin yaxşı gedəcəyinə, bolluq və rifah içində xoşbəxt bir həyat sürəcəyinə işarədir.
Yuxuda sarımsaq görmək dedi-qoduya işarə edir. Bəzi yozumlara görə, sarımsaq pis sözə və haram qazanca işarədir. Bəzən isə, kədər və üzüntü ilə yozulur. Təzə sarımsaq sevincə və gözəl sözlər eşitməyə işarə edərkən, quru sarımsaq kədər və sıxıntıya dəlalət edir. Sarımsaq yemək isə xəstələr üçün şəfa və sağlıqla yozulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 522

Oxşar yazılar

Yuxuda hamburger  yemək nə deməkdir?

Yuxuda hamburger yemək nə deməkdir?

28 fevral 2025 , 09:36
Yuxuda kartof görmək  nə deməkdir?

Yuxuda kartof görmək nə deməkdir?

27 fevral 2025 , 09:23
Yuxuda faciə görməyin  mənası nədir?

Yuxuda faciə görməyin mənası nədir?

26 fevral 2025 , 10:28
Yuxuda fil görmək  nə deməkdir?

Yuxuda fil görmək nə deməkdir?

25 fevral 2025 , 09:37
Yuxuda falçı görmək  nə deməkdir?

Yuxuda falçı görmək nə deməkdir?

22 fevral 2025 , 10:00
Yuxuda qumar oynamaq  nə deməkdir?

Yuxuda qumar oynamaq nə deməkdir?

21 fevral 2025 , 09:22
Yuxuda cinayəti  gizlətmək nə deməkdir?

Yuxuda cinayəti gizlətmək nə deməkdir?

19 fevral 2025 , 09:22
Yuxuda boranı görmək  nə deməkdir?

Yuxuda boranı görmək nə deməkdir?

18 fevral 2025 , 10:39