Bakıda EVDƏ PARTLAYIŞ:  1 ailə yaralandı
03 mart 2025 09:10 (UTC +04:00)

Bakıda EVDƏ PARTLAYIŞ: 1 ailə yaralandı

Bakıda yaşayış evində partlayış olub.

Lent.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb. 

Orada yaşayan Qasımov Camaləddin Məhsum oğluna məxsus evin mətbəxində meydana gələn partlayışa qaz sızması səbəb olub. 

Nəticədə ev yanıb və ailə üzvləri xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1512

Oxşar yazılar