"Barselona" 23 yaşlı hücumçunu almaq istəyir
19 oktyabr 2024 13:44 (UTC +04:00)

"Barselona" 23 yaşlı hücumçunu almaq istəyir

"Barselona" və "Atletiko Madrid" "Vilyarreal"ın 23 yaşlı hücumçusu Aleks Baenanı almaq istəyirlər.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, ispan futbolçunun müqaviləsində 60 milyon avroluq sərbəst buraxılış maddəsi göstərilib. Bu da onun "Barselona" və "Atletiko" ilə yeni müqavilə imzalamasına mane ola bilər. Ancaq İngiltərə çempionatından onunla maraqlanan klublar Baena üçün bu məbləği ödəyə bilər.

Bu mövsüm Baena bütün yarışlarda səkkiz oyunda iştirak edib. Bir qol vurub və beş məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 867
avatar

Oxşar yazılar