140 yumurta oğurladı:  7 il həbs cəzası  verildi
24 aprel 2025 16:35 (UTC +04:00)

140 yumurta oğurladı: 7 il həbs cəzası verildi

Rusiyanın Sankt-Peterburq şəhərində yumurta oğurlayan şəxsə hökm oxunub.

Lent.az yerli mediaya istinadla bildirir ki, əvvəllər dəfələrlə məhkum olunmuş 34 yaşlı şəhər sakini Marşal Tuxaçevski küçəsində yerləşən mağazadan 140 ədəd toyuq yumurtası oğurlamaqda təqsirli bilinib.

Kişi marketdən ümumi 140 yumurta oğurlayıb və ümumi zərər 1700 rubl təşkil edib.

Prosesdə təqsirləndirilən şəxs izah edib ki, oğurladığı malların bir hissəsini özü yeyib, qalan hissəsini isə dostlarına verib.

Krasnoqvardeyski Rayon Prokurorluğu “Soyğunçuluq” maddəsi ilə dövlət ittihamını dəstəkləyib. Məhkəmə təkrar törədilmiş cinayətləri nəzərə alaraq, kifayət qədər ağır cəza – ciddi rejimli cəzaçəkmə müəssisəsində olmaqla 7 il 7 ay müddətinə azadlıqdan məhrum etmə təyin edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 730

Oxşar yazılar