Tanınmış futbol məşqçisi Yurgen Klopp 2026-cı ilə qədər məşqçilikdən imtina edərək “Red Bull” şirkətindəki futbol əməliyyatları rəhbəri vəzifəsində qalacaq
Lent.az-ın xəbərinə görə, “The Telegraph” yazır ki, tanınmış futbol məşqçisi Yurgen Klopp “Red Bull” sistemindəki vəzifəsindən adi məşqçilik işinə qayıtmaq fikrində deyil.
Almaniyada anadan olan Klopp 2026-cı ilin yayına qədər məşqçilik vəzifəsini davam etdirməyi istəmir, ehtimal ki, funksioner rolunda qalacaq. Hazırda onun əsas diqqəti “Red Bull”un futbol departamentinə rəhbərlik etməkdir.
2023/24 mövsümündən sonra o, İngiltərənin "Liverpul" klubundan ayrılaraq yanvarın 1-də Avstriyanın enerji içkiləri istehsalçısının komandasına qoşulub. Məşqçinin xidmətindən "Real”ın da maraqlı olduğu haqda şayiələr var.