Azərbaycanda daha bir DOĞUŞ FACİƏSİ:  körpə öldü - YENİLƏNİB
24 aprel 2025 17:52 (UTC +04:00)

Azərbaycanda daha bir DOĞUŞ FACİƏSİ: körpə öldü - YENİLƏNİB

TƏBİB Sabirabadda baş verən körpə ölümünə aydınlıq gətirib. 

Qurumdan Lent.az-a bildirilib ki, 2005-ci il təvəllüdlü şəxs aprelin 21-də saat 13:00-da Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə hospitalizasiya olunub. 30 həftəlik hamilə olan pasiyentin vaxtından əvvəl doğuşu baş tutub. Ağır vəziyyətdə doğulan körpənin cinsi kişi, çəkisi bir kiloqram 800 qram olub.

Küvəz rejimində müalicəsi davam etdirilən yenidoğulmuş CPAP rejimində respirator dəstək alıb. Aparılan reanimasiya tədbirlərə baxmayaraq, yenidoğulmuşun hemodinamikasını bərpa etmək mümkün olmayıb və aprelin 21-də, axşam saat 9-da ölüm faktı qeydə alınıb.

***

saat 11:10

Azərbaycanda daha bir doğuş faciəsi baş verib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabirabad rayonunda qeydə alınıb. 

İmişli rayon sakini, 2005-ci il təvəllüdlü Samirə Səxavət qızı Mirzəyeva doğuş üçün rayon mərkəzi xəstəxanasına müraciət edib.

20 yaşlı qadının dünyaya gətirdiyi uşaq ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2067

Oxşar yazılar